11 Aprel 2025 / 09:57

Türkiyə Rusiya və ABŞ arasında danışıqların üçüncü raundu üzrə tezliklə razılaşdırılacağına ümid edir

Türkiyə ABŞ-Rusiya danışıqlarının üçüncü raundunun yaxın gələcəkdə razılaşdırılacağını gözləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Biz bunun yaxın gələcəkdə baş verəcəyini gözləyirik”, – deyə növbəti görüşün konkret tarixləri ilə bağlı sualı cavablandırıb.

Xatırladaq ki, Rusiya və ABŞ arasında danışıqların ikinci raundu cümə axşamı İstanbulda başa çatıb.

Rusiya Baş Konsulluğunda məsləhətləşmələr beş saatdan çox davam edib. Rusiyanı ABŞ-dakı səfir Aleksandr Darçiyev, ABŞ-ı isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter təmsil edib.

Danışıqlarda iki ölkənin xarici işlər orqanlarının əməkdaşları da iştirak ediblər. Kremldən bildirilib ki, görüşdə Ukrayna münaqişəsinin nizamlanması məsələsi müzakirə olunmayıb, lakin bütün diqqət iki ölkə arasında diplomatik münasibətlərin normallaşdırılmasına yönəlib. Aprelin 8-də Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Rusiya və ABŞ Ukraynadakı münaqişənin uzunmüddətli və davamlı həllini axtarır.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!