11 Aprel 2025 / 10:58

“ABŞ-ın Azərbaycanla əməkdaşlığının yeni dönəmdə dərinləşəcəyi gözlənilir” – Deputat

ABŞ Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır. Bu fikirlər Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə təbrik məktubunda qeyd olunur.

Azərbaycana ixracatını 2024-cü ildə 1.8 dəfə, idxalını isə 8.4 dəfə artıran Birləşmiş Ştatlar ilə ölkəmiz arasındakı əməkdaşlığın yeni dönəmdə dərinləşəcəyi gözlənilir.
Tezadlar.az  xəbər verir ki, bunu MM-in deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu,  regionda dayanıqlı sülhün formalaşması və güclənməsinə töhvə verən faydalı əməkdaşlıqdır.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!