Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tovuzda tüstüdən zəhərlənən məktəblilərin son durumu ilə bağlı TƏBİB açıqlama yayıb. TƏBİB-dən “Tezadlar.az”a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.04.2025-ci il tarixində saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub. “Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 5 nəfər ( məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”.
Beləliklə, şagirdləri zəhərləyən “cinayətkar” məlum oldu… Bəs sinif rəhbəri və ya məktəbin direktoru soyuq və küləkli havaları nəzərə alaraq niyə qaz sobasının tüstü buraxma vəziyyətini nəzarətdə saxlamayıb? Dəm qazı isə adamı təkcə dəmləşdirib hallandırmır, həm də ölümə doğru aparır…
A.Məmmədli