Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Aprel 2025 / 14:55

Baş nazir Rusiya ilə münasibətlərdən danışıb

Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, Tbilisi Moskva ilə diplomatik münasibətlərin olmamasına baxmayaraq, Rusiya tərəfi ilə “dinc və praqmatik” şəkildə qarşılıqlı fəaliyyət göstərməyə çalışır.

Tezadlar.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirir.

Yada salaq ki, 2008-ci ilin avqustunda Cənubi Osetiyada Rusiya sülhməramlı qoşunlarının atəşə tutulması, ardınca Gürcüstan ordusunun respublikaya müdaxiləsi Moskvanın cavab reaksiyasına və “Gürcüstanı sülhə məcbur etmək” əməliyyatına səbəb olub. Əməliyyat Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə başa çatıb. Eyni zamanda, Tbilisi Moskva ilə diplomatik əlaqələri kəsib və bu əraziləri geri qaytaracağını dəfələrlə bəyan edib.

İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstan “Cənubi Qafqazda sülhün bərqərar olunmasında həmişə müsbət rol oynayıb”.

“Bizim Rusiya ilə münasibətlərə sülhsevər baxışımız var. Çox sülhpərvər və praqmatik baxışımız var. Bizim Rusiya ilə diplomatik münasibətlərimiz yoxdur, lakin eyni zamanda ticarət tərəfdaşlığımızı da davam etdiririk”, – o, Antalya Diplomatik Forumunda vurğulayıb.

Kobaxidze bir qədər əvvəl qeyd edib ki, “Ukrayna tərəfinin müəyyən nümayəndələri” Gürcüstanda Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çalışırlar. O, xüsusən də Ukrayna ərazisindən Gürcüstan üzərindən Rusiya Federasiyasına partlayıcı maddələrin daşınması cəhdinə işarə edib. Kobaxidzenin sözlərinə görə, Gürcüstandan kənarda müəyyən qüvvələr ölkəni “hədəf” etməyə çalışır.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!