Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Aprel 2025 / 20:43

İran XİN ABŞ danışıqlarından sonra açıqlama verib

Omanın paytaxtı Maskatda İran İslam Respublikası ilə ABŞ arasında sanksiyaların aradan qaldırılması və nüvə məsələlərinə dair dolayı danışıqlar yekunlaşıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalı məlumat yayıb.

Danışıqlar Omanın vasitəçiliyi ilə bu gün baş tutub.

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi və ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff İranın nüvə proqramı və anti-İran sanksiyalarının ləğvi ilə bağlı məsələlər ətrafında öz hökumətləri haqqında fikir mübadiləsi aparıblar.

Danışıqlar dolayısı ilə olub və Omanın xarici işlər naziri vasitəsilə aparılıb, lakin Əraqçi və Vitkoff bir-birləri ilə bir neçə dəqiqə danışıblar.

“Qeyd etmək lazımdır ki, iki saat yarımdan çox davam edən dolayı danışıqlardan sonra İran və Amerika nümayəndə heyətlərinin başçıları artıq danışıqlar yerini tərk edərkən Omanın xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar”, – İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Tərəflər danışıqların gələn həftə davam etdiriləcəyi barədə razılığa gəliblər.

“Reuters” qeyd edir ki, Əraqçi danışıqların “məhsuldar və müsbət atmosferdə” keçdiyini əlavə edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai daha əvvəl özünün sosial şəbəkəsində bildirib ki, danışıqlarda iştirak edən hər bir nümayəndə heyətinin öz ayrıca otağı var və onlar Oman xarici işlər naziri vasitəsilə mesaj mübadiləsi aparırlar.

“Danışıqların hazırkı diqqət mərkəzində regional gərginliyin azaldılması, məhbusların mübadiləsi və Tehranın nüvə proqramına nəzarət müqabilində İrana qarşı sanksiyaların yumşaldılmasına dair məhdud razılaşmalar olacaq”, – Omandakı mənbə “Reuters”-ə bildirib.

Baqai bu məlumatı təkzib etsə də, bununla bağlı dəqiq nəyin yanlış olduğunu açıqlamayıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!