Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Aprel 2025 / 09:33

FTX daha bir Moldova vətəndaşını terror aktına hazırlaşdığına görə saxlayıb

Krımda FTX əməkdaşları daha bir Moldova vətəndaşını terror aktı hazırladığı üçün saxlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Əcnəbi həm də Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edib. O, Kerçdə su nasos stansiyasını partlatmağı planlaşdırıb.

Daha əvvəl bildirilmişdi ki, FTX əməkdaşları 24 yaşlı Moldova vətəndaşını güclü partlayıcı qurğuları Rusiyaya çatdırdığı üçün saxlayıblar.

Əcnəbi onları Volqoqrad və Saratovda gizli yerlərə yerləşdirməyi planlaşdırıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!