Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün hərbi cinayətlərdə təqsirləndirilən 15 erməniəsilli şəxsin və Qarabağda keçmiş qurumda “dövlət naziri” olmuş Ruben Vardanyanın cinayət işləri üzrə məhkəmə prosesləri başlayır.
TEZADLAR.AZ XATIRLADIR Kİ, proses Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni inşa edilmiş Bakı Məhkəmə Kompleksində baş tutacaq. Müttəhimlər qismində Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Davit Allahverdiyan, Qruqen Stepanyan, Levon Balayan, Madat Babayan, Vasili Beqlaryan və Erik Qazaryanın cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.
Məhkəmə ümumilikdə 2 min 548 epizod üzrə işə baxacaq.