Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Aprel 2025 / 22:36

Türkiyədə zəlzələdən sonrakı afterşoklar davam edə bilər – Zəlzələlərin Tədqiqatı Bürosu

Mərmərə dənizində bu gün Türkiyə vaxtı ilə saat 12:49-da qeydə alınan maqnitudası 6.2 olan güclü zəlzələdən sonra ərazidə afterşokların qeydə alınması davam edir.

Tezadlar.az  xəbər verir ki, bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.

Hazırda AMEA nəzdində RSXM-nin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən qardaş ölkədə, zəlzələ bölgəsindəki vəziyyətin monitorinqi davam etdirilir və bölgədə afterşoklar qeydə alınır.

Qeydə alınan təkanlar arasında maqnitudası 3-dən yuxarı olan təkanlarla yanaşı, zəif maqnitudalı təkanlar da var.

Hazırda monitorinq davam etdirilir və afterşokların zəlzələ bölgəsində zəlzələ ocağı sönənə qədər müəyyən bir müddət davam edəcəyi ehtimal edilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!