Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Aprel 2025 / 11:20

“Gül” deyilən Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi klinikada xəstənin öldüyü iddia edilir…

Sosial şəbəkələrdə “Gül Əliyeva” kimi tanınan Gülsüm Əliyeva Gəncədə fəaliyyət göstərən “VMR Estetik Klinikası”nda piylərin çıxarılması (liposaksiya-red) əməliyyatı aparıb. İddiaya görə, bu əməliyyat zamanı xəstə Gülbəniz Bayramova dünyasını dəyişib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin həkimlərin reyestri bazasında Gülsüm Əliyevanın adı həkim kimi qeydiyyatda yoxdur:

“AEM əməkdaşları ötən il həmin estetik mərkəzdə plandankənar yoxlama keçiriblər, Nəticədə “VMR Estetik Klinikası” İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə) maddəsi ilə protokol tərtib edilib və aidiyyəti üzrə icraata göndərilib.

Bundan əlavə, “VMR Estetik Klinikası”nın Bakıdakı filialında da başqa bir vətəndaşın şikayəti əsasında yoxlama keçirilib və İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilərək, növbəti icraata göndərilib.

Ölüm faktına gəldikdə bununla bağlı araşdırmalar istintaq orqanları tərəfindən aparılır”, – deyə məlumatda qeyd olunub.

***

Tezadlar.az  xəbər verir ki, ki, bu barədə jurnalist Qənirə Ataşova da öz sosial şəbəkə səhifəsində məlumat yayıb.

“Gülsüm Əliyeva uzun müddət Respublika Klinik Xəstəxanasında baş həkimin katibəsi vəzifəsində çalışıb. Vüsal adlı bir şəxslə tanışlığından sonra isə özünü həkim kimi təqdim etməyə başlayıb. Səhiyyə Nazirliyinin məlumat bazasında Gülsüm Əliyeva həkim kimi qeydiyyatda deyil. Türkiyənin rəsmi təhsil sistemində də onun adına rast gəlinmir.

Əldə edilən sənədlərə görə, Gülsüm Əliyeva Gəncədə fəaliyyət göstərən VMR Estetik Klinikasında liposaksiya əməliyyatı aparıb. Həmin əməliyyat zamanı Gülbəniz Bayramova adlı şəxsin həyatını itirdiyi bildirilir. Sənədlərdə əməliyyatın birbaşa Gülsüm Əliyeva tərəfindən həyata keçirildiyi qeyd edilsə də, hazırda bu faktlar müxtəlif səbəblərlə gizlədilir və onun adı rəsmi sənədlərdə keçmir.

Eyni zamanda, Rusiya vətəndaşı olan Zarina Minkovskaya adlı bir şəxsin də Gülsüm Əliyeva ilə bağlı şikayəti olduğu bildirilir. Məlumata görə, Zarina xanımın paylaşım etməməsi üçün təzyiqlə qarşılaşması da narahatlıq doğuran digər bir məqamdır”, – deyə o bildirib.

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!