Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Aprel 2025 / 14:58

İstanbulda Yaxın Şərq üzrə məsləhətləşmələr keçiriləcək

Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri aprelin 25-də İstanbulda Yaxın Şərq üzrə məsləhətləşmələr aparacaqlar.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“25 aprel 2025-ci il tarixində İstanbulda Türkiyə və Rusiya Federasiyası arasında Yaxın Şərq üzrə nazir müavinləri səviyyəsində məsləhətləşmələr keçiriləcək. Məsləhətləşmələrdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edəcək. Məsləhətləşmələr zamanı regional məsələlər, xüsusilə Suriya və Fələstinə dair hərtərəfli fikir mübadiləsi aparılacağı gözlənilir.”, – mənbə bildirib.

O, həmçinin əlavə edib ki, “Rusiya Federasiyası Yaxın Şərqdəki hadisələr kontekstində Türkiyənin məsləhətləşmələrinə böyük əhəmiyyət verdiyi bir ölkədir”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!