Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidenti Vladimir Putin Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edildiyini elan edib. Tezadlar.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, Putin bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun Kursk vilayətinin azad edilməsi ilə bağlı məruzəsini dinləyib. Putin Ukrayna qoşunlarının Kursk bölgəsində “böyük itkilər verdiyini” bildirib. Məlumat üçün bildirək ki, Rusiya prezidenti hələ martın 12-də bəyan edib ki, Kursk vilayəti tamamilə azad edilməlidir. Ukrayna tərəfi isə hələlik Rusiyada səsləndirilən bəyanatları təsdiqləməyib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının aprelin 26-da səhər saatlarında yaydığı son bəyanatda deyilir ki, Ukrayna qoşunları Kursk vilayətində Rusiya ordusunu “cilovlamağa” davam edir və ona “əhəmiyyətli itkilər” verir.
Bölgədə ağır döyüşlər isə davam edir.