Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Aprel 2025 / 09:57

Yağış, sulu qar, qar və külək…- BU DƏQİQƏNİN HAVASI

Bu gün səhər saat 9:00-dan başlayaraq  ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağır. Bu barədə “Təzadlar”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, düşən yağıntının miqdarı Quba və Qusarda 10, Xaltanda 5, Şəki, Qrız və Şabranda 4, Oğuz, Qəbələ, Altıağac, İsmayıllı, Yardımlı, Astara, Ağdam, Qax, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Sabirabad, Cəlilabad, Neftçala, Kəlbəcər, Laçın, Şuşa, Xankəndidə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edir. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Naftalanda 22, Neftçalada 20, Göyçay və Bərdədə 16 m/s-yə çatır.

Dənizdə dalğanın hündürlüyü 3.4 metrdir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 15, Aran rayonlarında 17, dağlıq rayonlarda isə 8 dərəcəyədək isti qeydə alınıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!