Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün aprelin 28-də Ədliyyə Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası baş tutub. Tezadlar.az xatırladır ki, iclasda İctimai Şuranın fəaliyyət istiqamətləri müzakirə edilib, Şuraya sədrin, sədr müavinin və katibin seçilməsi ilə bağlı səsvermə keçirilib. Tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadə İctimai Şuranın sədri, Əmir Əliyev sədrin müavini, Mətanət Əsgərova isə Şuranın katibi seçilib.
İclas çərçivəsində İctimai Şuranın iş planının müzakirəsi aparılıb, Şura üzvləri tərəfindən təşkilati məsələlərlə bağlı rəy və təkliflər səsləndirilib.