Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sumqayıtda maraqlı hadisə baş verib: ərini bıçaqlayan qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Tezadlar.az bildirir ki, ərini bıçaqlamaqda şübhəli bilinən 1987-ci il təvəllüdlü Rəmziyyə İmanova şübhəli şəxs qismində tutulub. Sumqayıt Tibb Mərkəzindən isə bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) aprelin 28-də saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. Döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Sonra da deyirlər ki, qadınların hüquqları addımbaşı pozulur. Deməli, qadınlar yeri gələndə həm də öz hüquqlarını qorumağı bacarırlar…
A.Məmmədli