Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 May 2025 / 10:51

İranda baş verən zəlzələdə xəsarət alanların sayı artıb

İranın Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda baş verən zəlzələ nəticəsində vilayətdə xəsarət alanların sayı 19-a yüksəlib.

Bunu İranın Rəzəvi Xorasan valiliyinin fövqəladə hallar idarəsinin baş direktoru Məsud Yavəri yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, xəsarət alanların sayının artacağı ehtimal olunur.

Yavəri bildirib ki, Roştxar rayonundan əlavə. daha 4 rayonda xəsarət alanlar var.

***

Bu gün yerli vaxtla saat 05:10-da İranın şimal-şərqində Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda baş verən zəlzələdə indiyədək 2 nəfər xəsarət alıb.

TEZADLAR.AZ xəbər verir ki, bunu İranın Rəzəvi Xorasan valiliyinin fövqəladə hallar idarəsinin baş direktoru Məsud Yavəri yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, rayonun eyniadlı şəhərinin ətrafında baş verən yeraltı təkan Məşhəd və digər rayonlarda da ciddi şəkildə hiss olunub.

Yavəri xəsarət alanların tibb mərkəzinə aparıldığını bildirib.

Qeyd edək ki, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzinin məlumatına görə, episentri Roştxar şəhərinin 12 kilometrliyində olan zəlzələ 10 km dərinlikdə baş verib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!