Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 May 2025 / 11:03

Müğənni toy sifarişinə getmədiyinə görə bıçaqlandı…

Gecə saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

TEZADLAR.AZ    xəbər verir ki, rayon ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.

Bildirilir ki, bıçaqlanan şəxs rayonda fəaliyyət göstərən müğənni olub. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Qurbanov isə gitara ifaçısıdır. Onların arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub.

Əhmədiyə Qurbanovun hadisə zamanı sərxoş olduğu bildirilir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb:

“Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!