Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 May 2025 / 13:52

Naqilləri oğurlayanlar saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alıcanlı, Dəliquşçu, Otmanoba, Hüseynxanlı, Xanməmmədli və Gödəkqobu kəndləri ərazilərində rabitə dirəklərindən keçən naqilləri oğurlayan Təbriz Mahmudov, Saməddin Kərimov və qardaşı Əvəzxan saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, onların 6 kənd ərazisində yerləşən rabitə dirəklərindən 12000 manat dəyərində 2720 metr kommunikasiya naqillərini kəsərək əlvan metalları metal qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!