Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 May 2025 / 12:10

Əmək qanunvericiliyini heçə sayanların ödədikləri cərimələrin həcmi açıqlanıb

15 yaşına çatmamış şəxsi işə cəlb etməklə bağlı 2024-cü ildə 2 fakt üzrə təqsirkar şəxslər barəsində ümumilikdə 4.000 manat inzibati cərimə tətbiq edilib.

TEZADLAR.AZ   xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.

Qeyd edilib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi məqsədilə keçirilmiş 30 səyyar yoxlama zamanı 1.002 işçidən 57-nin əmək və ya xidməti (mülki) müqaviləsinin olmadığı aşkarlanıb, 12 işəgötürən hüquqi və fiziki şəxs barəsində 105.000 manat məbləğdə inzibati cərimə tətbiq edilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalarla isə 676 (2023-cü illə müqayisədə 164 nəfər çox) şəxsin əmək müqaviləsi olmadan işləməsi müəyyən edilərək işəgötürənlər ümumilikdə 2.643.000 (2023-cü illə müqayisədə 268.600 manat çox) manat məbləğdə, habelə 7 fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxslər 8000 manat məbləğdə cərimələnib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!