Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Ukrayna prezidenti Volodimir Zelenski ilə Amerika lideri Donald Tramp arasında iki telefon danışığı olub. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Zelenski brifinqdə deyib. Sitat: “Bu gün prezident Trampla müxtəlif formatlarda iki zəngim olub. İlk zəng oldu, biz Ukrayna üçün çox vacib olanı danışdıq. Bu atəşkəsdir, bunlar, prinsipcə, İstanbulda və ondan əvvəl daim müzakirə etdiyimiz qeyd-şərtsiz şeylərdir. Üçüncüsü, mən ondan Putinlə söhbətindən əvvəl xahiş etdim ki, bizsiz Ukrayna ilə bağlı qərarlar qəbul etməsin. Bizim üçün bunlar əsas və çox vacib şeylərdir. Yaxşı, biz razılaşdıq ki, Putinlə söhbətindən sonra əlaqə saxlayacağıq. Sadəcə, kifayət qədər uzun söhbətimiz oldu, məncə, bir saatdan çox”.
Məlum olur ki, növbəti zəng zamanı Zelenski və Trampın söhbətinə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corciya Meloni, Almaniya Kansleri Fridriks Mers və Finlandiya Prezidenti Aleksandr Stubb da qoşulub. Zelenski deyir: “Söhbət uzun və rəngarəng xarakter daşıyıb. Başa düşdüyüm kimi, prezident Tramp Ukrayna və Rusiya arasında birbaşa danışıqların ən vacib olduğuna inanır. Bu, onun mövqeyidir və nəticədə uzun müddət danışdıq. Əsas odur ki, o, Rusiya tərəfinin mümkün atəşkəs və öz baxışlarında növbəti addımlar kimi gördükləri müvafiq siqnalları verəcəyinə inanır”.
Zelenski Trampdan xahiş edib ki, əgər münaqişə tərəflərinin fikirləri üst-üstə düşmürsə və Rusiya yerinə yetirilməz şərtlər irəli sürürsə, ABŞ bunu Moskvanın müharibəni dayandırmaq istəməməsi kimi dəyərləndirməli və müvafiq tədbirlər görməlidir.
Bəs bu tədbirlər görüləcəkmi və ya necə görüləcək? Hansı ki, Rusiya artıq uzun müddətdir danışıqları uzatmaq və Ukraynanı yormaq üçün mümkünsüz şərtlər irəli sürür.
A.Məmmədli