Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dağıstanın Dərbənd şəhərindəki Azərbaycan Teatrının yenidən qurulması başa çatmaq üzrədir və yaxın vaxtlarda istifadəyə veriləcək.
Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Mahaçqalada keçirilən brifinqdə bildirib.
“Dağıstan xalqlarının mədəni müxtəlifliyini qeyd etməyə bilmərəm: folklor və xalq sənətkarlığı çoxdan tanınan brendə çevrilib. Respublikada 11 xalq teatrı fəaliyyət göstərir. Dünən Dərbənddə biz Azərbaycan Teatrının yenidən qurulmasının necə başa çatdığını gördük – o, açılmaq üzrədir. Burada müxtəlif sənətkarlıq və bədii metal emalı geniş şəkildə inkişaf edib”, – Zaxarova deyib.