Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2025 / 20:49

Sudanın Suveren Keçid Şurası sədri Al-Burhan İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərdi

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Tezadlar.az” xəbər verir ki, təbrikdə deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Sudan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi, dost xalqınıza davamlı tərəqqi, firavanlıq və rifah arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Bu əlamətdar hadisə Sudan Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən qardaşlıq əlaqələrinin dərinliyini və möhkəmliyini bir daha təsdiq etmək imkanı verir.

Fürsətdən istifadə edərək, ikitərəfli əməkdaşlığımızı xalqlarımızın qarşılıqlı maraqlarına xidmət edən vasitələrlə daha da genişləndirməyə və möhkəmləndirməyə sadiqliyimi ifadə edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!