Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.
Tezadlar.az xəbər verir ki, bu haqda müğənninin instaqram səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, Z.Xanlarovanın adından saxta profillər açılıb:
“Nəzərinizə çatdırmaq istəyirik ki, Zeynəb Xanlarova heç bir sosial şəbəkədən istifadə etmir. Onun adına açılmış bütün səhifələr pərəstişkarları tərəfindən, sənətkara qarşı olan sevgilərini bildirmək məqsədi ilə fəaliyyət göstərir. Həmçinin “@zeynebxanlarovamusic” səhifəsi də pərəstişkarı tərəfindən idarə olunur. Səhifəmizdə olan paylaşımları Zeynəb xanımın adından və rəsmi səhifə olaraq, ictimaiyyətə təqdim etməyin”.
Həmçinin qeyd edilib ki, müğənninin konsert verəcəyi deyilərək bilet satılır:
“Zeynəb Xanlarovanın adından saxta konsert verəcəyi xəbəri yayılıb. Bilet satışı ilə dolandırıcılıq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın. Rəsmi konsert xəbərləri yalnız müğənninin etibarlı və rəsmi kanalları vasitəsi ilə paylaşılır. Aldanmayın, diqqətli olun”, – deyə vurğulanıb.