Əsas məzmuna keç

İndoneziyada gəmi qəzası: 78 nəfər ölüb

İndoneziya sahillərində, Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinə istinadən “Xinhua” agentliyi məlumat yayıb.

Xilasetmə komandaları itkin düşmüş 57 nəfərin axtarışlarını aparır, digər 108 nəfər isə təhlükəsiz şəkildə təxliyə edilib.

Göyərtəsində 243 sərnişin olan “Virgo Transport 8” gəmisi sentyabrın 12-də Şərqi Yavadakı Surabayadan Cənubi Kalimantandakı Bancarmasin istiqamətində yola düşüb. Pis hava şəraitinə görə sentyabrın 13-də onunla əlaqə kəsilib.

Xilasedicilər cəsədləri gəminin qalıqları altından və Mərkəzi Kalimantan əyalətinin sahilləri boyu çıxarıblar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…