Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidini qəbul edib.
Tezadlar.az xəbər verir ki, qonaqları səmimi salamlayan Xidmət rəisi səfirin ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar keçən dövr ərzində iki ölkə arasında miqrasiya sahəsində münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib, gələcək fəaliyyətində uğurlar arzu edib.
Vüsal Hüseynov qanuni miqrasiyanın təşviqi, qanunsuz miqrasiyaya qarşı mübarizə, miqrasiya sahəsində məlumatlandırma işinin təşkilində ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərlə qarşılıqlı fəaliyyətin önəminə toxunub.
Səmimi qəbula görə Xidmət rəisinə təşəkkürünü bildirən səfir iki ölkə arasında miqrasiya sahəsində tərəfdaşlığın vacibliyini vurğulayıb, Azərbaycanda fəaliyyəti müddətində qurulan səmərəli əməkdaşlığa və göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
RÖVŞANƏ