Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2025 / 13:56

Antikorrupsiya təlimi keçirilib

Azərbaycan Respublikasının 2022–2026-cı illəri əhatə edən Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası çərçivəsində mayın 26-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumların əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.

Tezadlar.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təlimçi qismində iştirak etdiyi təlimin məqsədi korrupsiyanın qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin gücləndirilməsi, dövlət qurumları arasında əməkdaşlığın artırılması və preventiv mexanizmlərin tətbiqinin təşviq olunması olub.

Tədbirdə korrupsiya anlayışı, onun ictimai təsirləri, hüquqi məsuliyyət və qabaqlayıcı tədbirlər haqqında ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Təlim çərçivəsində, həmçinin Nazirliyin nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb və qonaqlar Baş Prokurorluğun inzibati binasında yaradılmış şərait, tarixi-memorial qalereya, kitabxana, istintaq otaqları və kriminalistika texnikası ilə tanış olublar.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!