Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün səhər tezdən (təxminən bir saat əvvəl) Qazax rayonunun Abbasbəyli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürətlə hərəkətdə olan “BMW” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb. Bu dəhşətli zərbədən həyatını itirən şəxslər var, onların adları məlum olub. Tezadlar.az bildirir ki, qəza nəticəsində rayonun Fərəhli kənd sakinləri – 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev dünyasını dəyişib. Hadisə yerinə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Görünür, səhər erkən sürücü yuxulu olub, yaxud fikrini yola cəmləməyib…
Elşad