Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 İyun 2025 / 13:59

Tennisçilərimiz Albaniyadakı turnirə qələbə ilə başlayıblar

Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup” tennis turnirinə start verilib.

Tezadlar.az xəbər verir ki, Azərbaycan Tennis Federasiyasından bildirilib ki, ölkəmizi bu yarışda Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edirlər.

Yığma ilk yarış günündə andorralı idmançılara qalib gəlib. Tamerlan Əzizov Erik Servos Noqeri 6-1, 6-3 hesabı ilə məğlub edib. Kənan Qasımov Damyen Jelaber ilə qarşılaşmada sevinən tərəf olub – 6-1, 6-0.

Milli üzvləri qoşa mübarizədən də qalib ayrılıblar. Tamerlan Əzizov – Kənan Qasımov cütü Servos Noqer – Damyen Jelaber duetini üstələyib: 6-2, 6-4.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!