Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2025 / 19:16

İsveçrə səfiri və əməkdaşları təhlükəsizlik səbəbilə Tehrandan Azərbaycana köçürülüb

İsrail və İran arasında artan gərginlik fonunda İsveçrə İrandakı səfirliyini müvəqqəti olaraq bağlayır.

“Tezadlar.az” xəbər verir ki, bu barədə İsveçrə XİN məlumat yayıb.

Qeyd edilib ki, İsveçrə İsrail və İran arasında münaqişənin kəskinləşməsindən dərin narahatlıq keçirir və bütün tərəfləri təmkinli olmağa çağırır:

“Bütün əcnəbi heyətimiz indi İranı tərk edib və güvəndədir.

5 əcnəbi heyət və onların tərəfdaşları Türkmənistana yola düşüb; Səfir Nadine Olivieri Lozano da daxil olmaqla qalan yeddi heyət üzvü də indi quru sərhədi keçib, Azərbaycana üz tutublar.

Vəziyyət imkan verən kimi Tehrana qayıdacaqlar”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!