Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 İyun 2025 / 08:20

ABŞ vətəndaşları da İranı tərk edir…

Bölgədəki müharibə və gərginliklə bağlı və İsrail-İran münaqişəsi başlayandan sonra xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir. Tezadlar.az xatırladır ki, hər gün gün xarici vətəndaşlarının Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə təxliyəsi həyata keçirilir. Ötən gecə isə 10 nəfərdən artıq ABŞ və digər xarici ölkə vətəndaşları Azərbaycana təxliyə olunub. Amerika vətəndaşı Aborzi Aborinq bildirib ki, sərhəddə keçid üçün rahat şərait yaradılıb: “Azərbaycan dövlətinə təxliyə üçün öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!