Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 İyun 2025 / 12:16

“Qlobal Oplimpiad Center” saxta Dubay Olimpiadası üçün valideynlərdən külli miqdarda pul alıb?

Məktəblilər arasında Dubayda keçirilən FİSO olimpiadasının beynəlxalq sertifikatlı olmadığı məlum olub.

Tezadlar.az   xəbər verir ki, bu iddia ilə riyaziyyatçı alim, valideyn Vəfa Məmmədova çıxış edib.

Valideyn deyir ki, övladı əvvəlcə Azərbaycanda keçirilən FİSO adlı olimpiadada gümüş medal qazanıb. Daha sonra onlara Dubayda keçiriləcək eyniadlı beynəlxalq riyaziyyat olimpiadasına qoşulmaq təklif olunub. Valideyn yarışmaya qatılmaq üçün “Qlobal Oplimpiad Center” adlı təhsil mərkəzinə 5000 manat məbləğində vəsait ödəyib.

Lakin sonra başqa məqamlar üzə çıxıb.

Onun sözlərinə görə, həmin olimpiadaya Azərbaycandan təxminən 200-ə yaxın şagird və onların valideynləri qatılıb.

Adıçəkilən olimpiada mərkəzi isə ünvanlanan sualları cavabsız qoyub.

Təhsil ekspertləri bildirir ki, yalnız Nazirlər Kabineti tərəfindən rəsmi olaraq tanınan olimpiadaların siyahısı mövcuddur. Bunların xaricində bilik yarışları bir növ şirnikləndirici xarakter daşıyır və işbazlar bundan valideynləri aldatmaq üçün istifadə edirlər.

Onu da əlavə edək ki, söhbət valideynlərdən yığılmış hansısa ikirəqəmli məbləğdən deyil, ümumilikdə 1 milyon manatadək puldan gedir…

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

https://www.youtube.com/watch?v=yn_dVgbWIik

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!