Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyun 2025 / 11:18

Parlament pornoqrafik saytlara girişi qadağan edəcək

Qırğızıstan parlamenti pornoqrafik saytlara girişin bloklanmasını nəzərdə tutan qanun qəbul edib.

Tezadlar.az bildirir ki, bu barədə respublikanın ali qanunverici orqanının mətbuat xidmətindən məlumat verilib.

“Joqorku Keneşin (Ali Şura – RED.) bu gün, iyunun 25-də keçirilən iclasında deputatlar “Qırğızıstan Respublikasının internet məkanında pornoqrafik xarakterli elementləri olan məzmunlu saytlara girişin qadağan edilməsi haqqında” qanun layihəsinə baxıb və qəbul ediblər”, – mətbuat xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yeni qanun ölkənin internet seqmentində “pornoqrafik xarakterli elementləri” ehtiva edən məzmunun yayılmasını qadağan edir. Qanun “cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini” qorumaq məqsədi ilə qəbul edilib.

Yenilik qanunun Qırğızıstan prezidenti Sadır Japarov tərəfindən imzalanmasından sonra qüvvəyə minəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!