Əsas məzmuna keç

Banqladeş Ticarət və Sənaye Palatasının direktoru “Təzadlar”ın qonağı oldu-FOTOLAR

Xəbər verdiyimiz kimi, bu ilin 25–26 sentyabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirildi. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən Forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunmuşdu. Forum nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil edilmişdi və Forumun strateji tərəfdaşı olan “The European House – Ambrosetti & TEHA Group” Avropanın aparıcı beyin mərkəzlərindəndir və iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik üzrə analitik araşdırmaları ilə tanınır.

Onu da deyək ki, Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirdi. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platforma kimi diqqəti cəlb etmişdir. Beynəlxalq tədbir çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpa olunan enerji, aqrar, su resursları, idman sahələrini əhatə edən mühüm sənədlərin imzalanması baş tutdu.

Belə bir mötəbər Forumda iştirak edən Banqladeşli iş adamı,  “Müstəqil Dövlətlər Birliyi – Banqladeş Ticarət və Sənaye Palatası (CIS-BCCI)”nın (“Coomonwealth of Independent States Bangladesh Chamber of Commerce and Industry(CIS-BCCI)) direktoru Aşok Gupra bu gün “Təzadlar”ın qonağı oldu. Cənab direktor Bakıya gəlişinin və 2-ci Beynəlxalq Forum haqqında, eləcə də Azərbaycana investisiya yatırmaq barədə olan qərarından və aidiyyəti dövlət qurumları ilə işgüzar danışıqlarından söhbət açdı… “Prezident İlham Əliyevin Forumdakı çıxışı və dünyanın iş adamlarına təklif və təşəbbüsləri heyranedici idi… Azərbaycanı bir daha sevdim”, -deyən qonağımız daha sonra xatirə şəkli çəkdirdi, əməkdaşlarımızı Banqladeşə dəvət etdi.

Daha ətraflı yazı təqdim ediləcək.

A.Məmmədli

(Şəkildə: soldan-Tovuz-Baltiya” MMC-nin təsisçisi Naiq Məşədiyev, Banqladeş Ticarət və Sənaye Palatasının direktoru Aşok Gupra, Professor Hikmət Ramixanov, “Təzadlar”ın Baş redaktoru Asif Mərzili, əməkdaşımız Elçin Məmmədli) 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…