Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyun 2025 / 12:22

FHN-in Aran Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbrdə FHN-in Aran Regional Mərkəzinin, Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

“Dəyirmi masa”da çıxış edənlər fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələbləri barədə ətraflı məlumat veriblər.

Tədbirdə Aran Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, bu istiqamətdə icra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı səmərəli fəaliyyətin vacibliyindən danışılıb.

“Dəyirmi masa”da Regional Mərkəzin əməkdaşları tərəfindən regionda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş etdirilib, suallar cavablandırılıb.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!