Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verildiyi kimi, ötən gecə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.
Bu barədə Tezadlar.az-a FHN-dən bildirilib.
Partlayış nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb. Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.
RÖVŞANƏ