Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev adlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Tezadlar.az-a bildirilib ki, aparılmış axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs narkotik vasitəni satış məqsədilə İran vətəndaşından əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
RÖVŞANƏ