Dövlət Məşğulluq Agentliyinin (DMA) Lənkəran-Astara Regional Məşğulluq filialında şöbə müdiri işdən çıxarılıb.
Tezadlar.az xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, filialın Masallı Rayon Xidmət Şöbəsinin müdiri Məcnun Məmmədsəfa oğlu Cəbiyev vəzifəsindən azad olunub.







