Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda evliliklərin davametmə müddəti açıqlanıb.
”Tezadlar.az” xəbər verir ki, Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə 21 min 688 boşanma qeydə alınıb.
Belə ki, pozulan 5 min 814 nikah 5 ilə qədər davam edib.
Həmçinin sözügedən dövrdə 5-9-il müddətinə davam edən nikahlardan 5 805-i pozulub.
Bundan əlavə, 7 min 735 nikah 10-19 il sürüb.
20 ildən çox davam edən 2 min 334 nikah isə 2023-cü ildə sona çatıb.