8 İyul 2025 / 18:46

Abşeronda 69 Yaşlı Kişi Quyaya Düşdü

Abşeron rayonunda kişi quyuya düşüb.

Tezadlar.az xəbər verir ki, hadisə gecə saat 22 radələrində Fatmayı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 69 yaşlı Rza Əhəd oğlu Nəcəfov yaşadığı evin yaxınlığında boş quyuya düşərək xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!