9 İyul 2025 / 09:24

Ağdamdan Füzuliyə gedən mikroavtobus aşdı-20 nəfər yaralanıb

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Məlum olur ki, bu gün iyulun 9-da, səhər saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində “Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. 20 nəfərin xəsarət almasıyla bağlı yaralılara tibbi yardım üçün Ağdam Təcili yardım stansiyasının 7 təcili yardım briqadası hadisə yerinə cəlb edilib. Eləcə də yaralıların Ağdam Mərkəzi Rayon Xəstəxanasına və Bərdə Diaqnostika Mərkəzinə çatdırılması üçün hazırda həkim briqadalar çalışır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!