9 İyul 2025 / 11:38

Şəmkirdəki avtoqəzada 1 nəfər öldü, 3 nəfər isə…

Ötən gün saat 02:50 radələrində 4 nəfər ( kişi cinsli) yol-nəqliyyat hadisəsi nəticəsində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən tezadlar.az-a verilən məlumatda deyilir ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Lakin təəssüflər olsun, 1 nəfər şəxsin isə vəziyyəti ağır olduğu üçün göstərilən reanimasiyon tədbirlərə baxmayaraq o, gecə saat 03:50-də dünyasını dəyişib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!