Əsas məzmuna keç

Tacikistan Azərbaycanla oyuna ciddi hazırlaşıb

Tacikistan seçməsi sabah Azərbaycanla baş tutacaq yoldaşlıq matçına ciddi hazırlaşıb.

Tezadlar.az xəbər verir ki, bunu Tacikistan millisinin futbolçusu Aktan Anazarov Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

Rəqibin kapitanı çətin oyuna çıxacaqlarını bildirib:

“Bizi Azərbaycanda çox gözəl qarşıladılar. Oyuna ciddi hazırlaşmışıq. İnanıram ki, sabah baxımlı qarşılaşma olacaq. Azərbaycan kimi komandalara qarşı oynamaq hər zaman maraqlıdır”.

Qeyd edək ki, Azərbaycan – Tacikistan matçı sentyabrın 23-də, saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…