Əsas məzmuna keç

AzTU-da dövlət kibermüdafiəsi eyni laboratoriyada birləşir

AzTU-da Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dəstəyilə Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib.
Bu laboratoriyanın özəlliyi yalnız müasir texnologiyalarla təchiz olunmasında deyil, burada zərərli proqramlar, kiberhücumların texniki izləri və rəqəmsal sübutlar real insidentlər əsasında araşdırılacaq. Tələbələr, müəllimlər və mütəxəssislər nəzəri biliklərini praktik təcrübə ilə birləşdirə biləcəklər.
Bu barədə  Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.
“Laboratoriyanın XRİTDX-nin qapalı şəbəkəsinə qoşulması və Xidmətin əməkdaşlarının burada daimi çalışması onun əhəmiyyətini daha da artırır. Faktiki olaraq, laboratoriya universitet daxilində yerləşən, XRİTDX-nin fəaliyyəti ilə birbaşa bağlı praktik araşdırma məkanı olacaq.
Bu, tədrislə real kibermüdafiə işləri arasında davamlı əlaqə yaradır.
Laboratoriyanın açılış mərasimində XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, AzTU-nun rektoru Vilayət Vəliyev iştirak ediblər.
Kiberhücumların mürəkkəbləşdiyi indiki şəraitdə belə imkanlar ölkə üçün xüsusi əhəmiyyət daşıyır.
XRİTDX-nin universitetlə əməkdaşlığa, praktik təlimlərə və yerli kadrların hazırlanmasına verdiyi ardıcıl diqqət təqdirəlayiqdir”, – deyə o qeyd edib.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…