Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbəır verir ki, Ermənistan mediası bu görüşə xüsusi önəm verir. Fərqli baxışlar da var… Amma ağıllı başlar məsələyə Ermənistanın gələcəyi prizmasından yanaşır.
Beləliklə, bizim üçün Ermənistan mediasının mövqeyi də maraqlıdır. Budur, NEWS.am xəbər verir ki, Nikol Paşinyanla İlham Əliyevin təkbətək görüşü başlayıb. Ermənistan və Azərbaycan nümayəndə heyətləri zalı tərk ediblər. “Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində Əbu-Dabidə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş tərkibdə görüşü keçirilir. Bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. Ermənistan tərəfdən görüşdə baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan Respublikası Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan iştirak ediblər”.
Təkbətək görüş bu dəqiqələrdə də davam edir.
A.Məmmədli