“Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazana bilib və 1657 nəfərin əmək müqaviləsinə xitam verilib”.
Tezadlar.az xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev məlumat verib.
nazir Astarada xarici dil fənninin tədris edən müəllimlərin çoxunun sertifikasiya nəticələrinin daha acınacaqlı olduğunu diqqətə çatdırıb:
“Məsələn, xarici dil fənni üzrə Astara rayonunda fəaliyyət göstərən hər 3 müəllimdən biri ilə əmək müqaviləsinə son verilib. Sertifikasiyadan keçə bilməyən müəllimlər 80 minə yaxın uşağa dərs keçirdi”, – deyə nazir vurğulayıb.
***
Azərbaycanda orta məktəb müəllimlərinin bilik səviyyəsinin belə acınacaqlı durumda olduğunu gördükcə düşünmək olar ki, artıq sertifikatlaşdırmanı həmin müəllimlərə diplom verən ali təhsil ocaqlarında keçirməyin də vaxtı çoxdan çatıb… Çünki gələcəyimiz olan uşaqların, həm də ölkəmizin taleyi birbaşa onlardan asılıdır!
JASMİN