10 İyul 2025 / 16:50

Ermənistan ölkə ərazisinin bir hissəsinə nəzarəti ABŞ-a verir

Ermənistan Zəngəzur dəhlizinə nəzarəti Amerika şirkətinə vermək imkanını nəzərdən keçirir.

Tezadlar.az “Civic” nəşrinə istinadən xəbər verir ki, bu bəyanatla Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan çıxış edib.

“Əgər bu, bəyan etdiyimiz prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər”, – o deyib.

Onun sözlərinə görə, dəhliz Ermənistan ərazisində avtomobil və dəmir yolu infrastrukturunun yaradılmasını, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan anklavı arasında maneəsiz əlaqəni, həmçinin Türkiyəyə çıxışı təmin etməyi nəzərdə tutur.

Bundan əvvəl bildirilib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlarda əsas mövzuya çevrilib. Rusiya prezidenti Vladimir Putin də Ermənistan və Azərbaycan liderləri ilə bu məsələni müzakirə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!