Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Düşünürəm ki, ETN -nin bu istiqamətdəki ardıcıl səyləri xeyli diqqət cəlb edəndir.Əgər Presight kimi bir qlobal şirkət Azərbaycana gəlibsə və belə səviyyədə görüş keçirilibsə demək ortada ciddi niyyət var.Yuxarıda qeyd olunan hər iki təşəbbüs bir-birini tamamlayır. Ətraflı açıqlama verilməsə də buradan belə qənaətə gəlmək olar ki, ETN epizodik layihə yox, süni intellekt üzrə ciddi bir strategiya reallaşdırmaq istəyir.Düşünmək olar ki, ETN EduAzGPT ilə təməl və dil modeli qurmağı hədəfləyir, Aİ sahəsində dünyaca məşhur Presight ilə tətbiq və platformalaşma mərhələsini reallaşdırmaq niyyətindədir.
Çox güman ki məqsəd yalnız texnologiya gətirmək deyil, həm də onu Azərbaycan məzmunu ilə zənginləşdirərək milli AI modelinə çevirməkdir.
Fikrimcə ETN-nin Microsoft və G42 kimi qlobal texnoloji şirkətlərlə əməkdaşlığı və süni intellekt əsaslı yerli resursların hazırlanması təhsilin və Aİ sektorun inkişafı baxımından faydalı və təqdirəlayiq addımdır”, – deyə Osman Gündüz vurğulayıb.