11 İyul 2025 / 18:35

Fermanı tərk etdi, geri qayıtmadı

İndoneziyada dəhşətli hadisə baş verib.

Tezadlar.az xəbər verir ki, nəhəng piton fermeri diri-diri udub.

Hadisə 61 yaşlı kişinin mal-qarasını yemləmək üçün evdən çıxmasından sonra baş verib.

Onun itkin düşdüyü iki gün ərzində heç kim kişidən xəbər ala bilməyib.

Yerli sakinlər fermanın yaxınlığında qeyri-adi dərəcədə enli və 4-5 metr uzunluğunda bir piton görüblər. Şübhələnən kəndlilər ilanı öldürərək qarnını yardıqda, fermerin cansız bədəni onun içərisindən çıxıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!