Əsas məzmuna keç

44 quruma Startap şəhadətnaməsi üçün müsbət rəy verilib – bu, onlara nə qazandırır?

Startap şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti toplantısı keçirilib.
Toplantıda Startap şəhadətnaməsi almaq üçün KOBİA –ya sənəd təqdim edən 57 sahibkarlıq subyektinin müraciətinə baxılıb.
 Bu barədə Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  bildirib.
O diqqətə çatdırıb ki, iddiaçıların səlahiyyətli nümayəndələri qısa müddətli təqdimatlar ediblər:
“Ekspertlər Şurasının qiymətləndirməsi əsasında 44 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyə edilib.
Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək”.
Osman Gündüz əlavə edib ki, indiyədək 366 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib:
“Şəhadətnamə alanlarla Startap Azərbaycan ( startup.az ) portalında tanış olmaq olar.
Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir”.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…