11 İyul 2025 / 18:52

Cennifer Lopez Antalyada mağara dizaynlı lüks məkanda qalacaq

Dünyaca məşhur ulduz Cennifer Lopez iyulun 23-də Antalyada konsert verəcək.

Tezadlar.az xəbər verir ki, konsert öncəsi rəqqasları ilə intensiv məşqlər edən sənətçi bu dəfə qeyri-adi bir məkanda – mağara dizaynlı 3500 kvadratmetrlik xüsusi otaqda qalacaq.

Lüks məkanda 6 geyinmə otağı, sauna, şəxsi kinoteatr, hovuz üstü bar və Lopez üçün xüsusi hazırlanmış tekstil məhsulları yer alır. Məkan eyni anda 14 nəfəri qəbul edə biləcək və ulduzun rahatlığı üçün tam fərdi şəkildə dizayn olunub.

Sənətçinin adının baş hərfləri digər tekstil məhsullarına xüsusi olaraq işlənib və bu, məkanın tam fərdi və prestijli şəkildə dizayn edildiyini sübut edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!