11 İyul 2025 / 18:55

Bal ayı faciə ilə bitdi

Hondurasda qadını toydan bir həftə sonra ərinin gözü qarşısında ildırım vurub.

Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, faciəvi hadisə Omoa bələdiyyəsində baş verib. Tequsiqalpadan olan 23 yaşlı Stefani Lusero Elvir və onun sevgilisi Kristian Samir Alvares Molina iyunun 28-də evlənib və bal ayı üçün Omoaya gediblər.

Фотография молодой пары, улыбающейся в камеру.

Yeni evlənənlər çimərlikdə vaxt keçirərkən tufan qopub. Molina Elvirin şəkillərini çəkərkən onu ildırım vurub.

Zərərçəkənlər təcili olaraq xəstəxanaya çatdırılıb. Molina ciddi xəsarət alsa da, sağ qalıb. Həkimlər Elviri xilas edə bilməyiblər. Ailəsi onun çox mehriban və rəğbətli insan olduğunu, toyuna az qalmış ali təhsil aldığını bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!